Döşəməaltı təbəqənin-zəminin ilkin müayinəsi
Döşəmənin alt hissəsinin müayinəsi döşəmə örtüyünün montajından əvvəl yerinə yetirilən ən vacib mərhələdir. Zəminin vəziyyətinin öyrənilməsindən sonra örtük təbəqənin tipi müəyyən edilir və ya seçilmiş örtüyün uyğun olub-olmaması müəyyənləşdirilir. Döşəmə zəminin müayinəsi zamanı aşağıdakılar müəyyən edilri:
Hamarlılıq- bunu təyin edərək düzləşdirməyə ehtiyacın olub –olmaması və ya ehtiyac olduqda bu təbəqəyə sərf olunacaq materialın sərfi hesablanır;
Möhkəmlik- döşəməyə ediləcək təzyiqin müəyyən edilməsi və üst təbəqələrin montajı üçün materialların seçilməsi üçün çox vacibdir.
Rütubət- Üst örtüyün döşəmə zəmininə yapışmasının keyfiyyətini müəyyən etməklə bərabər həmçinin örtüyün sonraklı istismarı zamanı yarana biləcək xətaları aradan qaldırmaq üçün rütubətin təyin edilməsi çox vacibdir.
Hamarlılığın ölçülməsi
Bunu üçün müxtəliv alətlərdən istifadə olunur.
![]() | ![]() | ![]() |
DİN 18202 -ə əsasən 2 m-də yolverilən kənaraçıxma 5 mm olmalıdır.
Möhkəmliyin ölçülməsi
Bunun üçün Ri-Ri üsulundan istifadə edilir.
Şablonla itiuclu vasitəsilə xətlər cızılır. Şablon 45 dərəc fırladılır və yenə xətlər cızılır. Bu zaman alınan rombların əksəriyyəti bütöv qalırsa döşəmə normaldır. 50%-dən artığı dağılırsa beton döşəmə zəifdir.
Rütubətin ölçülməsi
Döşəmə zəminində rütubətə verilən tələblər:
- taxta döşəmə, dikt (faner), ağaclifli lövhə (DSP) zəminlər üçün rütubət 12%- dən az olmalıdır.
Belə döşəmələrin rütbətliliyi qravimetrik yolla və ya müxtəlif rütubət ölçən elktrik cihazları ilə ölçülür.
- beton, polimersement (styajka), gips əsaslı zəminlər və s. örtüklər üçün 2%- dən az olmalıdır.
Belə döşəmələrin rütubətliliyinin təyini üçün müxtəlif alətlərdən istifadə olunur. Hal-hazırda ən geniş istifadə olunan CM сihazıdır.